Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.03.2016

Prezidentin Sərəncamı rayonlarda uğurla icra olunur

Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Goranboy rayon  Səfikürd və Tatarlı kənd  məscidi dini icmasının “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” layihəsi çərçivəsində “Radikalizmə yox deyək” mövzusunda  maarifləndirici tədbir keçirilib. Goranboy rayon Səfikürd İcra nümayəndəliyində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif  Əliyev, şöbənin əməkdaşı Rövşən Hacıyev, dini icmanın sədri Elnur Cəfərov, Goranboy RİH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini -dini qurumlarla  işin təşkilatçısı Nofəl Köçərli, QMİ-nin Goranboy üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, Goranboy rayon Polis şöbəsinin rəis müavini  İlqar  Qarayev, dindarlar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Goranboy RİH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Nofəl Köçərli Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda, Goranboy rayonunda dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb.Nofəl Köçərli layihə çərçivəsində  sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirlərinin davam etdiriləcəyini  iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev radikalizmə meyilli şəxslərin fəaliyyət metodologiyası, istifadə etdikləri üsullar, vasitələr və onlara qarşı mübarizə taktikası barədə məlumatlar verib. 
***
Martın 4-də növbəti maarifləndirici tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində Göyçay şəhərində “Tolerant cəmiyyət və dini radikalizm” mövzusunda baş tutub.Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Göyçay  RİH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla  işin təşkilatçısı Vüsal Zöhrabov, dini icmanın sədri Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq , dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən Azərbaycançılıq ideologiyasının ölkədə vətəndaş birliyi üçün uğurlu təməl olduğunu söyləyib. Dini fanatizmin  müxtəlif formalarda təzahürlərinin, xüsusən ifrat məzhəb təəssübkeşliyinin İslam dünyasında böyük problemlər yaratdığını qeyd edən Ə.Rəfiyev bunun da nəticədə digər məzhəblərə qarşı dözümsüz münasibətə, qarşılıqlı ittihamlara gətirib çıxardığını bildirib. Daha sonra tədbirdə çıxış edən Göyçay RİH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla  işin təşkilatçısı Vüsal Zöhrabov, ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyini, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
***
Martın 4-də  Sabirabad rayonunda da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  Sabirabad rayonu  Bulaqlı  kənd məscidi dini icmasının həyata keçirdiyi lahiyə çərçivəsində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov, Sabirabad rayon  Vüqar Əliyev adına  Bulaqlı kənd tam  orta məkdəbinin dərs hissə müdiri  Elşad Muhiddinov, müəllimlər və şagirdlər  iştirak ediblər. Tədbiri giriş  sözü ilə açan Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov erkən nikahın uğursuz nəticələri və fəsadları barədə danışıb. Daha sonra  çıxış edən  DQİDK–nın İmişli  bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov erkən nikahın gənclərin   inkişafına və təhsilinə  mənfi təsir göstərdiyini vurğulayıb.
Qeyd edək ki, tədbirlər  Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
***
Martın 4-də Xaçmaz rayonu Müqtədir qəsəbəsi “Şeyx Ömər” məscidi dini icmasında “Gənclərimizi radikal dini təmayüllü cərəyanların təsiri altına düşməkdən qoruyaq” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Ceyhun Musayev, “Şeyx Ömər” məscidi dini icmasının sədri Məzahir Yəhyayev, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Ceyhun Musayev bildirib ki, dini sahədə dövlətin həyata keçirdiyi tədbirlər öz bəhrəsini real şəkildə verməkdədir. Əvvəlki illərə nisbətən son dövrdə gənclər arasında radikallığa meyilli gənclərin sayı kifayət qədər azalıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək dövlətin bütün sahələrə olduğu kimi din sahəsinə də geniş diqqət göstərdiyini bildirib.
Tədbirdə çıxış edən digər natiqlər də radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışıblar.