Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.10.2016

Prezidentin Sərəncamı paytaxtda və bölgələrdə uğurla icra olunmaqdadır

Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən “Şıxlar” məscidi dini icması tərəfindən “Dini radikalizmin təzahür formaları və onunla mübarizənin əhəmiyyəti” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Amal Məlikov, “Şıxlar” məscidi dini icmasının sədri Nazim Lazımov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov çıxış edərək dini radikalizm və ekstremizm haqqında məlumat verib. A.Məlikov dini radikalizmin təzahür formaları və onunla mübarizənin əhəmiyyətini vurğulayıb. Daha sonra “Şıxlar”  məscidi dini icmasının sədri N.Lazımov və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
                                                     ***
Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən “Şamlı” məscidi dini icması tərəfindən “Dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Amal Məlikov, “Şamlı” məscidi dini icmasının sədri Qaraoğlan Həsənov, hüquq-mühafizə orqanlarının əməkdaşları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov dini radikalizm və ekstremizmin zərərləri, onunla mübarizənin metodları haqqında geniş məlumat verib. S.Yoldaşov çıxışında qeyd edib ki, bütün səmavi dinlər sülh və əmin-amanlığın carçısıdır. Daha sonra Qobustan qəsəbəsi “Şamlı” məscidi dini icmasının sədri Q.Həsənov və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Qeyd edək ki, hər iki tədbir Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.