Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.02.2018

Prezidentin Sərəncamı dini icmalar tərəfindən uğurla icra olunur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fevralın 14-də Şirvan şəhəri 1 nömrəli tam orta məktəbində Şirvan şəhəri ''Zeynalabidin'' məscidi dini icmasının “İslamda həmrəliyin və tolerantlğın əhəmiyyəti”  adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Zeynəlabidin məscidi dini icmasının sədri Cəmşid Hüseynov və məscidin imamı Kərim Cəlilov, məktəbin direktoru Rəfiqə Atayeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı təşəbbüsünün İslam aləmində, bütövlükdə dünyada həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə olduğunu vurğulayıb. Adəm Hüseynov, həmçinin dini radikalizm, onun fəsadları və ona qarşı mübarizə barədə danışaraq bildirib ki, Dövlət Komitəsi tərəfindən bu istiqamətdə “Fitnə” və “Şəhadət” adlı maarifləndirici sənədli filmlər çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov dövlət-din münasibətlərindən və ölkədə dini radikalizmin qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb. Natiq milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan İslam dininin insanları münaqişəyə deyil, sülhə, həmrəyliyə çağırdığını bildirib.
Daha sonra Zeynəlabidin məscidinin imamı Kərim Cəliov qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir. K. Cəlilov dinə və dindarlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş  “Şəhadət” sənədli filmi nümayiş olunub.