13.08.2015
Prezidentin sərəncamı dini icmalar tərəfindən uğurla həyata keçirilir
Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də ölkədə dini maarifləndirmə və milli - mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə imzaladığı Sərəncama əsasən avqustun 12-də Şabran rayonunun Dağbilici kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə dindarların rolu” adlı layihənin növbəti tədbiri kənd məscidində baş tutub. Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, dini icma sədri Şöhrət Babayev, dindarlar, kənd sakinləri və gənclər iştirak ediblər. Dağbilici kənd məscidi dini icmasının sədri, layihə rəhbəri Şöhrət Babayev “Dini radikalizmlə mübarizədə dindarların rolu” adlı layihənin məqsəd və vəzifələri haqqında məlumat verib. DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov məruzə ilə geniş çıxış edərək radikalizmin yaranması, onun din pərdəsi altında bəşəriyyətə vurduğu zərbələrdən danışıb. N. Məmmədov qeyd etdi ki, Azərbaycan Respublikasında bu sahədə dövlətin gələcəyə hesablanan strateji planı əsasında tolerant mühit hökm sürməkdədir. Komitənin Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev çıxış edərək dövlətin dinə dəstəyindən, dini sahəyə göstərilən diqqət və qayğıdan, həmçinin dini icmalara ayrılan vəsait hesabına həyata keçiriləcək layihələrin məqsədindən bəhs edib. Tədbir iştirakçılarından Qafqaz Universitetinin şərqşünaslıq üzrə müəllimi Qafar Ocaqlı, Dağbilici kənd orta məktəbinin direktoru Malik Həmidov, kənd sakini, dindar Zahid Əsədov da çıxış edərək layihə ilə bağlı fikirlərini bildiriblər.
***
Avqustun 12-də Şabran rayonunun Zeyvə kənd məscidi dini icmasının həyata keçirdiyi “Gənc nəslin tərbiyəsində milli – mənəvi dəyərlərimizin əhəmiyyəti” adlı layihənin növbəti tədbiri kənd məscidində baş tutub. Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, dini icma sədri Şaib Aslanov, dindarlar, kənd sakinləri və xüsusilə də gənclər iştirak edib.
***
Avqustun 12-də Quba rayonunun İkinci Nügədi kənd “Molla Hud” məscidi dini icmasının həyata keçirdiyi “İslam zərərli vərdişlərə dur deyir” adlı layihənin yekun tədbirində DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, Quba rayonu İcra Hakimiyyətinin əməkdaşı Seyid Cabbarov, II Nügədi kənd İƏD üzrə nümayəndəsi Rafiq Abdullayev, kənd Ağsaqqallar şurasının sədri Teymur Fətəliyev, dini icma sədri İlkin Qayıbov, dindarlar, kənd sakinləri, o cümlədən qadınlar və gənclər iştirak ediblər. Tədbirdə çıxış edənlər layihə ilə bağlı öz fikirlərini bildiriblər, layihə müddətində həyata keçirilən tədbirlər vasitəsilə insanların maarifləndiyini və Azərbaycan dövlətinin dindarlara göstərdiyi diqqət və qayğının hər gün artdığını qeyd ediblər.
***
Avqustun 12-də Lerik rayonu Monidigah kənd məscidi dini icmasının həyata keçirdiyi "Gənclər və milli -mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə, Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Azər Həsənov , Monidigah kənd məscidi dini icmasının sədri Hacı Mədət Abdullayev və dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamı dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirən şöbə müdiri ümidvar olduğunu bildirib ki, onlarla dini icmaya ayrılmış vəsait dini icmaların fəaliyyətində aktivlik yaradacaq və layihələr çərçivəsində keçirilən tədbirlərdə cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılması üçün səy göstəriləcək, gənclərə İslam dini və milli -mənəvi dəyərlərimiz haqqında verilən ətraflı məlumat və izahatlar öz bəhrəsini verəcək.
Tədbirdə QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə "Dövlətimizin milli -mənəvi irsimizə qayğısı", Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz", İlahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov "Gənclər və milli -mənəvi dəyərlərimiz ", Monidigah kənd məscidinin axundu, dini icmanın sədri Hacı Mədət Abdullayev "Azərbaycanda milli- mənəvi dəyərlərin qorunması" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar. Sonda tədbir iştirakçıları mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.
***
Avqustun 11-də Lənkəran rayonu Şıxakəran kənd məscidi dini icmasının həyata keçirdiyi “Erkən nikah və onun fəsadları” layihəsi, avqustun 10-da Lənkəran şəhəri Böyük Bazar "Cümə" məscidi dini icmasının həyata keçirdiyi “Gənclər və milli-mənəvi dəyərlərimiz” layihəsi, Lənkəran rayonu Şıxakəran kənd məscidi dini icmasının həyata keçirdiyi “Erkən nikah və onun fəsadları” layihəsi, Lənkəran rayon Aşağı Nüvədi qəsəbə məscidi dini icmasının həyata keçirdiyi “Din xadimlərimizin milli-mənəvi dəyərlərmizin inkşafında rolu” layihəsi çərçivəsində tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov, dindarlar və dini icma sədrləri çıxış edərək göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür ediblər.
(1).jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)