04.09.2015
Prezidentin sərəncamı bölgələrdə uğurla icra olunur
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Lerik rayonu Monidigah kənd məscidi dini icmasının "Gənclər və milli mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbir cəbhə xəttinin Qazax rayonu istiqamətində gedən atışmalar zamanı şəhid olan gizir Ruslan Ağayevin Pirasora kəndindəki məzarının ziyarət olunması ilə başlayıb. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov, Monidigah kənd məscidi dini icmasının sədri Hacı Mədət Abdullayev və Monidigah dindarları, kənd sakinləri, o cümlədən gənclər iştirak edib. Tədbir iştirakçıları Şəhid məzarının ziyarətindən sonra, şəhidin valideynlərinin yaşadığı evdə qurulmuş yas mərasimində iştirak ediblər. Mərasimdə Monidigah kənd məscidinin axundu, dini icmanın sədri Hacı Mədət Abdullayev “Şəhidlik” mövzusu ilə bağlı geniş xütbə söyləyib.
***
Sentyabrın 3-də Lerik rayonu Monidigah kənd məscidi dini icmasının "Gənclər və milli-mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Maarifləndirmə Sektorunun baş məsləhətçisi Anar Əliyev, Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov, Monidigah kənd məscidi dini icmasının sədri Hacı Mədət Abdullayev və dindarlar, kənd sakinləri, eləcə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə sektorunun baş məsləhətçisi Anar Əliyev, Monidigah kənd məscidinin axundu, dini icmanın sədri Hacı Mədət Abdullayev məruzələrlə çıxış ediblər.
Tədbirdə Rvarud kənd məscidi dini icmasının sədri İlqar Babayev, Çayrud kənd sakini , kəndin ağsaqqalı Nəsir Rzayevdə iştirak edirdilər. Layihənin mövzusu ilə bağlı Çayrud kənd sakini, kəndin ağsaqqalı Nəsir Rzayev, Monidigah kənd tam orta məktəbinin direktoru Şöyüb Babayev, Monidigah kənd sakini Möhübbət Rzayev çıxış ediblər.
(10).jpg)
(9).jpg)
(6).jpg)