24.08.2015
Prezidentin sərəncamı bölgələrdə uğurla icra olunur
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Belə tədbirlərdən biri avqustun 22-də Oğuz rayonunda Oğuz şəhəri “Cümə” məscidi dini icmasının “Ənənəvi İslam və dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində rayon dindarlarının və ictimaiyyət üzvlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
***
Avqustun 21-də Biləsuvar rayon Bəydilli kənd “Cümə məscidi” dini icmasında “Gənclərimizin dini radikal təsirlərdən qorunması” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev, şəhərin axundu Hacı Əlifağa Murtuzov, dini icma sədri Abuzər Kərimov, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və eləcə də gənclər iştirak ediblər.
Bəydilli kənd “Cümə” məscidi dini icmasının sədri Abuzər Kərimov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərimizin radikallardan qorunması və dini ənənələrin təbliği istiqamətində də tədbirlər həyata keçiriləcək.
Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev keçirilən layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib və ayrılmış vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliyini bildirib.
Tədbirdə, həmçinin şəhərin axundu Hacı Əlifağa Murtuzov çıxış edərək gənclərimizin radikal cərəyanlardan qorunmasının vacibliyindən danışıb. O, dini icmalara ayırdığı diqqətə və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və DQİDK-nın sədri Mübariz Qurbanlıya kənd sakinləri adından minnətdarlıq bildirib.
(4).jpg)