Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.03.2015

Prezident İlham Əliyevin Türkiyənin Qars şəhərinə işgüzar səfəri başa çatıb.

Qars şəhərinin beynəlxalq hava limanında dövlət başçısı İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yola saldı.
Dövlətimizin başçısı İlaxır çərşənbə münasibətilə Türkiyə Prezidentini təyyarəyə çay süfrəsinə dəvət etdi.
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə çay süfrəsi arxasında söhbət etdilər.