22.09.2017
Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Rayon İcra Hakimiyyətinin (RİH)birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin, həmçinin ideoloji və dini maarifləndirmə işinin təbliği ilə əlaqədar tədbirlər davam edir. Bununla bağlı sentyabrın 22-də növbəti tədbir Masallı rayonunun Çaxırlı kəndində keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söhbət açıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusundakı çıxışında dini radikalizm, ekstremizm və dini ifratçılıq haqqında məlumat verib və onlara qarşı ənənəvi islami dəyərlər vasitəsilə mübarizənin əhəmiyyətindən bəhs edib. O, həmçinin dini radikalizmin fəsadlarından və gənclərin qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremist qrupların təsirindən qorunmasında dindarların və din xadimlərinin rolundan danışıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Rəhim Tağıyev adına Masallı Rayon Tarıx-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, “Yeni həyat” qəzetinin baş redaktor müavini Rəsul Rzayev, Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən söhbət açaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində keçirilən dövlət tədbirlərindən danışıblar.