Şriftin ölçüsü:

Saytın rəngi:

12.02.2015

Prezident İlham Əliyev Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji nazirini qəbul edib

Prezident İlham Əliyev Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panayiotis Lafazanisi qəbul edib.Görüşdə Azərbaycan ilə Yunanıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi. Ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd olundu.Söhbət zamanı həyata keçirilən qlobal enerji layihələrinin ölkələrin bir-birinə daha da yaxınlaşması və inkişafı baxımından önəmi vurğulandı.