Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.05.2015

Prezident İlham Əliyev UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul edib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər. 
Görüşdə UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək dəyərləndirildi. Forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı məmnunluqla qeyd edildi. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Forumun əhəmiyyəti xüsusi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.