01.06.2017
Prezident İlham Əliyev “Şahdəniz-2” üçün inşa olunan platformanın üst tikililərinin dənizə yola salınması mərasimində iştirak edib
“Şahdəniz-2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin iyunun 1-də Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yola salınması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.