Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.12.2017

Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib.
Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəldi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamladı.
Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər.
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü oldu.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.