Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.02.2017

Prezident İlham Əliyev “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb

Qətər Dövlətində rəsmi səfərdə olan Prezident İlham Əliyev Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edildi, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulandı. “Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.