Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.08.2016

Prezident İlham Əliyev: “Multikulturalizm Azərbaycanda həyat tərzidir”

“Sevindirici haldır ki, ölkələrimizdə dini və milli məsələlərdə heç bir problem yoxdur. Bu, bizim ölkələrimizin qazandığı dəyər və sərvətdir.” Bu fikirləri Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşündəki çıxışında səsləndirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olmuşdur.  Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Tarix boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh, qardaşlıq şəraitində yaşayıblar. Multikulturalizm Azərbaycanda həyat tərzidir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.