Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.07.2016

Prezident İlham Əliyev İtaliyanın təhsil, universitetlər və tədqiqat nazirini qəbul edib

İtaliya Respublikasının təhsil, universitetlər və tədqiqat naziri xanım Stefania Giannini ölkəsinin Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu dedi. Azərbaycanlı tələbələrin İtaliyada təhsilinə toxunan qonaq tələbələrin sayının getdikcə artmasının əhəmiyyətini qeyd etdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birinci Avropa Oyunlarının Romada təqdimatı zamanı görüşdüyünü məmnunluqla vurğulayan xanım Stefania Giannini görüş zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardıqlarını dedi. İtaliyalı nazir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada, Vatikanda əhəmiyyətli layihələr həyata keçirməsinin önəmini də vurğuladı.