Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2016

Prezident İlham Əliyev İtaliya Senatının Avropa İttifaqının siyasəti daimi komissiyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Senator Vanino Kiti Azərbaycanın həm Avropa İttifaqı, həm də İtaliya üçün mühüm ölkələrdən biri olduğunu vurğuladı. Vanino Kiti dedi: “Azərbaycanın əhəmiyyəti yalnız təbii sərvətləri ilə bağlı deyil. Azərbaycan müsəlman ölkəsidir və dünyəvi dövlətdir, bunun çox böyük əhəmiyyəti var”. O, eyni zamanda, bildirdi ki, Azərbaycan terrorizmə, ekstremizmə və radikalizmə qarşı qətiyyətlə mübarizə aparan bir dövlətdir. Vanino Kiti ikitərəfli əlaqələrimizin yaxşı nümunəsi kimi İtaliya ilə Azərbaycan arasında mövcud olan dostluq əlaqələrini xüsusi qeyd etdi.