02.02.2017
Prezident İlham Əliyev görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılış mərasimində iştirak edib
Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, maestro Niyazinin abidəsinin açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı mərasimdə çıxış edib.
Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq Artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov çıxış ediblər.