Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
12.05.2016

Prezident İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyətini qəbul edib

Azərbaycanda sərmayə qoymağı arzulayan xarici şirkətlərin qarşısında olan maneələr hansılardır? Biznes mühitində olan maneələr nədir? Gömrük qaydaları, vergilər necədir? Xarici və yerli şirkətlərin sərmayələri üçün digər maneələr nədən ibarətdir? Bununla bağlı, ciddi qərarlar qəbul etmişik. Onlar artıq öz effektivliyini göstərir. Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur. Əgər 2015-ci ilin birinci rübündə 20 min yoxlamamız var idisə, bu rəqəm 2016-cı ilin birinci rübündə cəmi 30-dan artıq olub. Biznes mühitinin yaxşılaşdırılması, şəffaflıq, qəbul edilmiş ciddi qərarlar, Dünya Bankının “Doing Business” hesabatında reytinq göstəriciləri… Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir. Bir sözlə, nailiyyətlər əldə edilib. İndi isə biz daha çox işlər görməliyik. Əlbəttə, enerji faktoru öz mühüm rolunu oynamaqda davam edəcək. Hazırda biz böyük vəsaitlər tələb edən “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk və öz vəsaitlərimizdən milyardları onun həyata keçirilməsinə yönəltməliyik. Lakin bu, uzunmüddətli strateji layihədir. Bununla yanaşı, hazırda biznes fəaliyyətinə şərait yaradacaq layihələr mühüm əhəmiyyət kəsb edir.