Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanda qeyd olunur: “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 10.3-cü bəndinin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilsin.
Dövlət başçısının digər Fərmanında isə vurğulanır: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1416) 1-ci hissəsində “85” rəqəmləri “88” rəqəmləri ilə, “89” rəqəmləri “91” rəqəmləri ilə əvəz edilsin.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hər iki Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.