Şriftin ölçüsü:

Saytın rəngi:

29.08.2013

Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” Qanunla bağlı Fərman imzalayıb

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 329; 2012, № 4, maddə 294) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci bənddə “22-ci maddəsinin ikinci hissəsində” sözləri “22-ci maddəsinin birinci və ikinci hissələrində” sözləri ilə əvəz edilsin;

2. 2.3-cü bənddə “həyata keçirir” sözləri “və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il.