18.11.2020
Prezident İlham Əliyev: “Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var"
“Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib. Dövlət başçısı vurğulayıb ki, çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var: “Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur”-, deyə ölkə Prezidenti vurğulayıb.
(Azərtac)