Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.11.2020

Prezident İlham Əliyev: "Bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir"

“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir". Bu fikirləri Prezident İlham Əliyev noyabrın 8-də xalqa müraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, Şuşadakı məscid də bərpa ediləcək: "Bir neçə il bundan əvvəl - 2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir".

Prezident İlham Əliyev onu da deyib ki, bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. "Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”, - deyə dövlətimizin başçısı bildirib.