Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.10.2020

Prezident İlham Əliyev: "Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq"

"İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb". Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 28-də İran xarici işlər nazirinin müavinini qəbul edərkən bildirib. Dövlət başçısı qeyd edib ki, qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb: "Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq", -deyə Prezident İlham Əliyev vurğulayıb.