Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.02.2017

Prezident İlham Əliyev Brüsseldə Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene Van der Linden ilə görüşüb

Rene Van der Lindeni Azərbaycanın dostu adlandıran dövlətimizin başçısı onun Avropa Şurası Parlament Assambleyasına rəhbərlik etdiyi dövrdə ölkəmizin bu təşkilat ilə səmərəli əməkdaşlığını məmnunluqla xatırladı, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri kimi onun ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində və Azərbaycana investisiyaların cəlb edilməsində rolunu qeyd etdi, ADA Universiteti ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdi.