Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.05.2017

Prezident İlham Əliyev: “Biz Azərbaycanda mədəni müxtəlifliyin,dini tolerantlıq mühitinin təmin olunmasını böyük nailiyyət hesab edirik.”

Prezident İlham Əliyev: “Biz Azərbaycanda mədəni müxtəlifliyin, etnik və dini tolerantlıq mühitinin təmin olunmasını böyük nailiyyət hesab edirik.” Bunu dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OIC Journal” jurnalında dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində yazır.
Prezident İlham Əliyev məqaləsində vurğulayır – “İslam dini-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycan həm də dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Biz Azərbaycanda mədəni müxtəlifliyin, etnik və dini tolerantlıq mühitinin təmin olunmasını böyük nailiyyət hesab edirik. Ölkəmizdə heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu, bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur.”