Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.04.2016

Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidənqurma və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub

Bildirildi ki, görülən işlər nəticəsində küçənin eni 21 metrə qədər genişləndirilib, ara səkilər salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Küçənin genişləndirilməsi layihəsi çərçivəsində çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektləri başqa ərazilərə köçürülüb. Küçəyə ümumilikdə 40 min kvadratmetrə qədər asfalt örtüyü çəkilib. Ərazidə yol infrastrukturu ilə bağlı bütün kommunikasiya qurğuları yenidən qurulub, yeniləri yaradılıb və yağış sularının ötürülməsi üçün təzə xətlər çəkilib. Burada Almaniya istehsalı olan müasir kommunikasiya avadanlıqları quraşdırılıb, abadlaşdırma işlərində keyfiyyətli tikinti materiallarından istifadə olunub.