Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2020

Prezident İlham Əliyev: “Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb, onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar”

Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb. Biz onu dağıtmamışıq”.Bu fikirləri Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, biz onu qoruyuruq və orada minlərlə erməni kitabı saxlayırıq: “Onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır”.

Azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını diqqətə çatdıran Azərbaycan Prezidenti deyib ki, ermənilər Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə, bu 7 rayonda, o cümlədən Dağlıq Qarabağın bir hissəsi olan Şuşada 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı: “Etnik təmizləməyə məruz qalan biz olmuşuq. Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq və bunu indi də etməyi planlaşdırmırıq. Çünki mən demişəm ki, biz birlikdə yaşamalıyıq. Bu, asan olmayacaq. Lakin biz öyrənməliyik”.