Şriftin ölçüsü:

Saytın rəngi:

30.05.2023

Prezident İlham Əliyev: "Azərbaycandakı yəhudi icması ölkəmiz üçün böyük sərvətdir"

Yəhudi icmasının nümayəndələri Azərbaycan vətəndaşlarıdır, ölkəmizin müasir inkişafına böyük töhfələr vermiş və verməkdə davam edən insanlardır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında bildirib.
“Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə, Azərbaycandakı bütün digər etnik qrupların nümayəndələri ilə çiyin-çiyinə döyüşüblər. Hesab edirəm ki, bu gün bu amil yalnız Azərbaycanın mədəniyyət, sülh və dostluq sahəsində uğurlu inkişafı üçün deyil, habelə ikitərəfli münasibətlərimiz üçün mühüm amildir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Həmçinin İsraildən daha çox turist dəvət etmək üçün orada mövcud olan təqdimat imkanlarının araşdırılması və Azərbaycandakı yəhudi icmasının çoxəsrlik həyatı haqqında ətraflı məlumat təqdim edilməsi (İsrail vətəndaşlarına – red.) barədə göstəriş verildiyini bildirən dövlətimizin başçısı bunun (Yəhudi icması - red.) ölkəmiz üçün böyük sərvət olduğunu deyib.

(AZƏRTAC)