Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.11.2020

Prezident İlham Əliyev: “Azərbaycanda yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur”

“Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir”. Bu fikirləri Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib.

Prezident ibadətgahların dövlət tərəfindən qorunduğunu da diqqətə çatdırıb: “Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur”.

Prezident İlham Əliyev bildirib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.

 

(Prezident.az)