Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.06.2018

Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilməsi haqqında Sərəncam imzalayıb

C.V.Məmmədovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilsin.
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
 
Bakı şəhəri, 31 may 2018-ci il.