27.08.2014
Prezident İlham Əliyev Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Robert Baqratoviç Mobili “Şöhrət” ordeni ilə təltif edilsin."
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 avqust 2014-cü il.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Robert Mobilini bu yüksək təltif münasibəti ilə təbrik edir, ölkəmizin inkişafını naminə gələcək fəaliyyətində uğurlar arzulayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Robert Mobilini bu yüksək təltif münasibəti ilə təbrik edir, ölkəmizin inkişafını naminə gələcək fəaliyyətində uğurlar arzulayır.