Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.12.2017

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayeri qəbul edib.
Söhbət zamanı Prezident İlham Əliyevin Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerlə görüşü məmnunluqla xatırlandı.
Görüşdə Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının müxtəlif xalqların və millətlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin prioritet sahələrindən biri olduğu bildirildi, bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə dostluq şəraitində birgə yaşadığı məmnunluqla qeyd edildi.
Görüşdə, həmçinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı.