Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.06.2016

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavinini qəbul edib

Regiona səfəri çərçivəsində yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Bridcet Brink bildirdi ki, səfərdən məqsəd ölkələrimiz arasında mövcud olan bütün sahələr üzrə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir. Prezident İlham Əliyevin Vaşinqtona uğurlu səfərinə və keçirdiyi görüşlərə toxunan ABŞ Dövlət katibinin köməkçisinin müavini özünün ölkəmizə ötənilki səfərini də xatırladı. Bridcet Brink ölkələrimiz arasında davamlı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etdi. Qonaq Bakıda keçirilmiş “Formula-1” Avropa Qran-pri yarışlarının uğurla başa çatması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.