Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.11.2017

Pirallahıda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Noyabrın 28-də Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Pirallahı rayonunda yerləşən 168 saylı tam orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov və şöbə müdirinin müavini dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Fuad Məlikov, DTX-nın Pirallahı ərazi bölməsinin nümayədəsi Rasim Rzazadə, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, məktəbin direktoru, eyni zamanda müəllim və şagird heyəti iştirak edib.
Tədbirdən öncə iştirakçılara Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov iştirakçılara tədbir barədə məlumat verib, məktəblərdə təşkil edilən görüşlərin əhəmiyyətini qeyd edib.
Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev  Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladaraq, bunun müxtəlif dinlərin, mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdən Azərbaycanın İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün atdığı mühüm addım olduğunu ifadə edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi və dini etiqad azadlığının təminatı, ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.
Daha sonra çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov mövzu ilə bağlı fikirlərini bölüşüb.