Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2017

Pirallahıda maarifləndirici tədbir keçirilib

İyunun 6-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Pirallahı rayonu "Pirallahı" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, "Pirallahı" məscidi dini icmasının sədri Elçin Baxşıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini icmanın sədri E.Baxşıyev tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
 DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam həmrəyliyinin çox aktual bir məsələ olduğunu, müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və birliyə ehtiyac duyduğunu söyləyib.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı V.Babayev dövlət-din münasibətlərindən bəhs edib, rayon ərazisindəki mövcud dini durum haqqında tədbir iştirakçılarına məlumat verib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.