18.12.2017
Pirallahıda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib
Dekabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Pirallahı qəsəbəsindəki 186 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, məktəbin direktoru Şakir Mikayılov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xəzər Rayon İdarəsinin Pirallahı Rayon Bölməsinin və qəsəbə ictimaiyyətinin nümayəndələri, eləcə də müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikdən, tolerantlıq mühitindən, eyni zamanda, sabit dini durumdan bəhs edib.
Heydər məscidində mütəmadi olaraq vəhdət namazının qılınmasıdan da danışan şöbə müdiri vurğulayıb ki, bu, respublikamızda dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsidir.
Ə. Zülfüqarov, həmçinin dindən siyasi məqsədlər üçün istifadənin yolverilməzliyini və buna qarşı mübarizədə birliyin vacibliyini önə çəkib. DQİDK-nın şöbə müdiri onu da bildirib ki, bəzi dairələr humanizm və qardaşlıq dini olan İslamı radikal, terrorçu din kimi təqdim edirlər. Qeyd edib ki, burada məqsəd müsəlmanları bir-birinə qarşı qoymaqdır.
Məktəblilərə tövsiyələrini də verən natiq bildirib ki, gənclər dini bilgilərini düzgün mənbədən almalı, radikal dini təsirlərə düşməmək üçün dünyəvi təhsilə mükəmməl yiyələnməlidirlər.
Məktəblilərə tövsiyələrini də verən natiq bildirib ki, gənclər dini bilgilərini düzgün mənbədən almalı, radikal dini təsirlərə düşməmək üçün dünyəvi təhsilə mükəmməl yiyələnməlidirlər.
Tədbirdə o da vurğulanıb ki, respublikamızdakı bütün xalqların və dinlərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.
.jpg)