20.07.2016
Pirallahı rayonunda “Tolerantlıq-dini müxtəliflikdə birgəyaşayışdır” mövzusunda tədbir keçirilib
İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı rayonu Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Tolerantlıq-dini müxtəliflikdə birgəyaşayışdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Nurlan Əzizov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Dövlət Təhlükəsizlik Xidmətinin Pirallahı rayon İdarəsinin rəisi Razi Qədirov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon icra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı ilin 11 yanvar tarixli müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində, azadlıq, dostluq mühitində yaşadığını vurğulayıb.
Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, Dövlət Təhlükəsizlik Xidmətinin Pirallahı rayon İdarəsinin rəisi Razi Qədirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nurlan Əzizov məruzələrində ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasətinin formalaşmasında Ulu öndər Heydər Əliyevin və Ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin mühüm xidmətlərindən bəhs ediblər.



.jpg)