“Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda onlayn seminar-treninq keçirilib
Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Neftçala rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda onlayn seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov və Neftçala rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. O, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarını, DQİDK və QMİ rəhbərliyinin tapşırıq və tövsiyələrini tədbir iştirakçılarının bir daha nəzərinə çatdıraraq bu göstərişlərə əməl edilməsinin vacibliyini qeyd edib.
Sonda mövzu ilə bağlı seminar iştirakçıları fikirlərini bildiriblər.

