Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2021

“Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusu müzakirə olunub

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin  iştirakı ilə “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda onlayn seminar-treninq keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov və Salyan rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov ölkəmizdə  koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. O, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarını, DQİDK və QMİ rəhbərliyinin tapşırıq və tövsiyələrini tədbir iştirakçılarının nəzərinə çatdıraraq bu göstərişlərə əməl edilməsinin vacibliyini qeyd edib.

Sonda mövzu ilə bağlı seminar iştirakçıları fikirlərini bildiriblər.