31.10.2017
Ölkəmizdə uşaq hüquqlarının müdafiəsinə xüsusi önəm verilir
Oktyabrın 31-də İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, şəhər 2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ramil Dadaşov mövzu ətrafında çıxış edərək tədbirin mahiyyəti barədə məlumat verib.
RPŞ-nin baş inspektoru Rahim Orucov bildirib ki, tədbirin əsas məqsədi uşaqların hüquqlarının müdafiəsinə, sosial problemlərinə, narkomaniya ilə mübarizəyə, eyni zamanda bu sahədə mövcud çətinliklərin aşkar edilməsi və aradan qaldırılmasına xidmət edir.
Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev müxtəlif ölkələrdə dini zəmində baş verən münaqişələrdə uşaqların daha çox fiziki və mənəvi zərər gördüklərini qeyd edərək, ölkəmizdə uşaq hüquqlarının təbliğinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə böyük diqqət ayrıldığını vurğulayarıb. Bütün bunların son nəticədə uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan bir mühitdə yaşamasına şərait yaratdığını diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
(1).jpg)
.jpg)
.jpg)
.jpg)