Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.02.2021

Oğuzda “Xocalı qan yaddaşımız“ mövzusunda onlayn tədbir keçirilib

Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin, Oğuz rayon Gənclər və İdman idarəsinin, Rayon Mərkəzi Kitabxanası və Oğuz Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımız“ mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz Rayon Gənclər İdman idarəsinin rəisi Ramiz Mahmudov, Oğuz Rayon Mərkəzi Kitabxanasının, Oğuz Rayon Təhsil Şöbəsinin əməkdaşları, həmçinin rayon gəncləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, XX əsrin sonunda baş vermiş Xocalı faciəsi sadəcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri və erməni vandalizminin bariz nümunəsidir.

Tədbirdən sonra iştirakçılar Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarı önünə gül dəstələri qoyublar.