Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.04.2021

Oğuzda “Vətənpərvərlik nümunəsi : Qazilik və Şəhidlik” mövzusunda onlayn videokonfrans keçirilib

Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz rayon Gənclər  və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Oğuz rayonunda Vətən müharibəsinə həsr olunmuş “Vətənpərvərlik nümunəsi: Qazilik və Şəhidlik” mövzusunda onlayn videokonfrans keçirilib.

Tədbirdə DQİDK–nın Şəki bölgəsi üzrə şöbənin əməkdaşı Samir Salehov, Oğuz Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Oğuz Rayon Mərkəzi Kitabxanasının əməkdaşları, şəhid ailələri, qazilər, həmçinin gənclər iştirak ediblər.

Çıxış edən natiqlər tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, respublikamızda şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. O da bildirilib ki,  xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı silsilə fərman və sərəncamlar imzalanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.