Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.04.2018

Oğuzda “Şəhidlik və dini radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib

Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və Oğuz Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Şəhidlik və dini radikalizm”mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin  aparıcı məsləhətçisi Elvin Qarayev, Təhsil Şöbəsinin əməkdaşı Telman Mustafayev və  müəllimlər iştirak ediblər.
Rayon Təhsil Şöbəsinin əməkdaşı T. Mustafayev tədbiri giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin  aparıcı məsləhətçisi E. Qarayev qeyri-ənənəvi dini cərəyanlar, dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verib. O, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını bildirib.
Sonda   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” filmi nümayiş olunub.