03.06.2016
Oğuzda “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
İyunun 3-də Oğuz rayonu Sincan kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Oğuz rayonu Xaçmaz kənd məscidi dini icmasının “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev,Taleh Abdullayev,din xadimləri, kənd ağsaqqalları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Oğuz rayonu Xaçmaz kənd məscidi dini icmasının sədri Fəxrəddin İslamlı layihənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirildiyini bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev dövlətin dini qurumlara göstərdiyi qayğı və diqqətdən və dini icmaların ölkədə maarifçilik işinin təşkilində oynadığı mühüm roldan danışıb. Oğuz rayonu Sincan kənd məscidinin imamı Kamal Bəşirov çıxışında milli-mənəvi dəyərlərimiz, dini radikalizmin fəsadları və digər aktual məsələlərə toxunub.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
.png)
