Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.05.2016

Oğuzda “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Dini  Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 25-də Oğuz  rayonu Xaçmaz kənd məscidi dini icmasının  “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti”  layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı  Taleh Abdullayev, Xaçmaz kənd məscidi dini icmasının sədri Fəxrəddin İslamlı və kəndin imamı Kənan Hacıbabayev, ziyalılar, icma üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Xaçmaz kənd məscidi dini icmasının sədri İslamlı Fəxrəddin dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu, radikal ünsürlərlə mübarizədə Azərbaycan vətəndaşının üzərinə düşən vəzifələr haqqında ətraflı çıxış edib.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev Azərbaycandakı müxtəlif xalqların və dinlərin nümayəndələrinin yaşadıqları multikultural həyat tərzindən bəhs edərək vurğulayıb ki, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamafobiyanın bütün dünyada yayıldığı bir zamanda Azərbaycandakı mövcud tolerant və multikultural həyat tərzi dünyaya bir sülh mesajıdır və İslam dünyası üçün bir nümunə olacaqdır.
Xaçmaz kənd məscidinin imamı Kənan Hacıbabayev  çıxışında İslamda Vətən və dövlət sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olmasını vurğuladı..
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.