Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.05.2016

Oğuzda “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Dini  Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mayın 16-da Oğuz  rayonu Xaçmaz kənd məscidi dini icmasının  “Nümunəvi dindar və mötədil müsəlman şəxsiyyəti”  layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib. Xaçmaz kənd 2 saylı tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı  Taleh Abdullayev, Xaçmaz kənd məscidi dini icmasının sədri Fəxrəddin İslamlı və kəndin imamı Kənan Hacıbabayev, Sincan kənd məscidi dini icmasının sədri Kamal Bəşirov, dini icma üzvləri, müəllim və şagirdlər iştirak ediblər. Tədbiri  giriş sözü ilə açan Xaçmaz kənd məscidi dini icmasının  sədri Fəxrəddin İslamlı dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan qayğısı kimi qiymətləndirib. Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev  dövlət-din münasibətlərindən danışıb, tolerantlığın hər bir dövlət üçün həm milli, həm də ümumbəşəri bir məsələ olduğunu vurğulayıb. Azərbaycan cəmiyyətində multikultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinsipinə çevrilməsini qeyd edib. Natiq mövcud olan bu ənənələrin daha da möhkəmləndirilməsi üçün lazım olan amillərə də  toxunub.
Tədbirdə, həmçinin Xaçmaz kənd məscidinin imamı Kənan Hacıbabayev, Sincan kənd dini icmasının sədri Kamal Bəşirov  çıxış ediblər.  Çıxışlardan sonra tədbir iştirakçılarına  dini icma tərəfindən müxtəlif dini təyinatlı ədəbiyyatlar paylanılıb və tədbir iştirakçılarını maraqlandıran suallar  cavablandırılıb.