Oğuzda maarifləndirmə tədbirləri təşkil olunub
Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid Ə.Həbubullayev adına Oğuz rayon Sincan kənd tam orta məktəbində "Zərərli vərdişlərlə mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz Rayon Təhsil Şöbəsinin nümayəndəsi Günel Abdullayeva, YAP Oğuz rayon Gənclər birliyinin sədri Elşən Alcanov, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, müasir dövrdə sağlam həyat hər bir insanın məqsəd və amalı olmalıdır. Vurğulanıb ki, fərd olaraq ölkəmizin hər bir vətəndaşı zərərli vərdişlərlə mübarizə aparmalı və bu vərdişlərin məngənəsində çarpışan digər insanlara yardım etməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Təhsil Şöbəsi və Oğuz rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə daha bir tədbir "Zərərli vərdişlərə "yox" deyək" mövzusunda keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Günel Abdullayeva, Oğuz rayon Gənclər və İdman idarəsinin əməkdaşı Aytən Daşdəmirova, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Zərərli vərdişlərə bağlılığın gənc və yeniyetmələr arasında xüsusilə geniş yayılmasının ürəkağrıdıcı məqam olduğu qeyd olunub. Bu vərdişlərin insana və cəmiyyətə vurduğu zərərlər haqqında geniş məlumat verilib.
Sonda videoçarx nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






