Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.11.2019

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Təhsil Şöbəsi, Oğuz Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə şəhid Mehdi Kərimov adına Bayan kənd tam orta məktəbində “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə  DQİDK-nın Şəki bölgə üzrə şöbəsinin  əməkdaşı Samir Salehov, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Səadət Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru  Mehriban Abbasova, məktəbin direktoru Pərviz Verdiyev müəllimlər və  şagirdlər iştirak ediblər.

Çıxışlarda dinlərin yaranma, inkişaf tarixindən, din pərdəsi altında gizlənmiş məkirli qüvvələrin məqsədi, fəaliyyəti, iş metodları, real təhlükəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Gəncləri radikal dini cərəyanlardan qorumağın zəruriliyi diqqətə çatdırılıb. Uşaq hüquqları, gənclərimizin mənəvi dəyərlərinin formalaşmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan söhbət açılıb.

Sonunda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.