Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.02.2020

Oğuzda maarifləndirici tədbir keçirilib

19  fevral  2020 - ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin, Oğuz Rayon Təhsil şöbəsinin və Oğuz Rayon Polis şöbəsinin  birgə təşkilatçılığı ilə Oğuz rayonu Qarabaldır kənd ümumi orta məktəbdə “Narkomaniya və  zərərli vərdişlərə qarşı mübarizə“ mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK–nın Şəki bölgəsi üzrə şöbənin məsləhətçisi Samir Salehov,  Oğuz Rayon Polis şöbəsinin rəis müavini Qabil Mahmudov, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işinin təşkili qrupunun inspektoru Sənan Əsgərov, məktəb rəhbərliyi,  müəllimlər  və  yuxarı sinif şagirdləri   iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, sağlam həyat tərzi hər bir insanin məqsəd və amalı olmalıdır. Fərdi qaydada ölkəmizin hər bir vətəndaşı zərərli vərdişlərlə layiqincə mübarizə aparmalıdır.  Maarifləndirmə  işi  cox zaman cəmiyyət  tərəfindən  həyata  keçirilməklə  bərabər,  cəmiyyətin  özəyi  olan  ailə  və  məktəb  səviyyəsində lazımi qaydada aparılmalıdır.  Məktəblərdə  təbliğat  məsələləri  təşkil  olunmalı,  asudə  vaxtın  faydalı  şəkildə  təşkili ilə  bərabər,  insanın düzgün formalaşması  üçün  lazım  olan  kompleks  tədbirlər  planlı  yerinə  yetirilməlidir.

Sonda  tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.