Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.05.2017

Oğuz rayonunda növbəti maarifləndirici tədbir baş tutub

Mayın 23-də  Oğuz rayonu Filfilli kənd tam orta məktəbində Oğuz rayonu Bayan kənd məscidi dini icmasının Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. 
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Bayan kənd məscidi dini icmasının sədri Arif Nazarov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə DQİDK-nın sifarişi ilə çəkilən “Fitnə”  sənədli filmi nümayiş olunub.
Daha sonra çıxış edən Oğuz rayon Bayan kənd məscidi dini icmasının sədri Arif Nazarov dini icmanın həyata keçirdiyi layihə haqqında geniş məlumat verib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev isə dini radikalizmin milli-mənəvi dəyərlərimizə vura biləcəyi zərərlər, dini radikalizmlə mübarizədə ənənəvi dini dəyərlərin,eləcə də İslam həmrəyliyinin təbliği və inkişafının əhəmiyyətindən söhbət açıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.